Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 8 Noyabr Zəfər Günü ərəfəsində kənd ağsaqqalı, şəhid qardaşı İman Almuradovu 80 illik yubileyi münasibəti ilə təbrik edib

07 noyabr 2025 | 16:04

“Konstitusiya və Suverenlik İli” çərçivəsində və 8 Noyabr Zəfər Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, rayon Polis Şöbəsinin rəisi Rüfət Məmmədov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov ilə birlikdə Səhləbad kəndində birinci Qarabağ müharibəsi şəhidi Rəhman Almuradovun qardaşı, kənd ağsaqqalı İman Almuradovu 80 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıb, qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, şəhid Almuradov Rəhman Məhəmməd 1953-cü il yanvar ayının 6-da Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Orta təhsilini Şuşa İnternat Məktəbində alıb. 1972-1974-cü illərdə Moldovada hərbi xidmətdə olub. Xidmətdən sonra Bender şəhərində Kənd Təsərrüfatı Texnikomunu bitirib. 1985-ci ilə kimi həmin şəhərdə 1 nömrli Dəmir Yol Körpüləri Tikintisi İdarəsində fəhlə, sonra isə iş icraçısı işləyib. 1985-ci ilin avqust ayında könüllü olaraq Əfqanistan Respublikasına hərbi xidmətə gedib. 1989-cu ilin may ayında Tərtər rayonuna qayıdıb. 5 nömrəli Yol İstismarı Vahidində, sonra isə 3 nömrəli sovxozda işləyib. 1993-cü il mart ayının 27-də könüllü surətdə "Tərtər özünümüdafiə batalyonu"na yazılıb. Batalyonda bölük komandiri əvəzi idi. Xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il may ayının 19-da Lülǝsaz yüksəkliyində döyüş zamanı əl qumbarası partlayışından ağır yaralanıb və 3 gün sonra may ayının 22-də aldığı yaradan şəhid olub.

Subay idi. Səhləbad kənd qəbiristanlığında dəfn edilib.

Şəhid qardaşı şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlığını bildirib.

 

Keçidlər