Rayon rəhbəri 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin qadın işçilərini qəbul edib
07 mart 2023 | 12:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin qadın işçilərini qəbul edib.
İcra başçısı rayonumuzun zəhmətkeş qadınlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, şəhərimizin təmiz saxlanmasında onların əməyini xüsusi vurğulayıb, qadınların qayğıları ilə maraqlanıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəssisənin qadın işçilərinə öz minnətdarlığını bildirərək, onlara qiymətli hədiyyələr təqdim edib.