Rayon rəhbəri 65 yaşlı şəhid yoldaşı Tamaşa Calalovanı ad günündə ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Calalov İbrahim Ənvər oğlunun həyat yoldaşı Calalova Tamaşa İsmayıl qızını ad günündə ziyarət edib, şəhid yoldaşını 65 illik yubileyi münasibəti ilə təbrik edərək, ona səmimi arzularını çatdırıb.
İcra başçısı bütün şəhid ailələrinin baş tacımız olduğunu bildirib, şəhid yoldaşına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid İbrahim Calalov 1956-cı il fevral ayının 24-də Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. 8-ci sinifi öz kəndlərində bitirdikdən sonra 96 №-li Texniki Peşə məktəbində oxumuşdur. Kolxozlararası tikinti təşkilatında işləyirdi. 1991-ci ildən Tərtər özünümüdafiə batalyonunun döyüşçüsü kimi erməni quldurlarına qarşı mübarizəyə qoşulmuşdu. 1992-ci il fevral ayının 18-də Marquşavan kəndi istiqamətində döyüş mövqeyində durarkən aldığı güllə yarasından şəhid olmuşdur.
Evli idi. Taleh və Babək adlı iki oğlu, Tahirə və Arzu adlı iki qızı var. Seydimli kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.