Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 27 sentyabr-Anım Gününün beşinci ildönümü ilə əlaqədar 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid Rəşad Vəlizadənin ailə üzvləri ilə birlikdə onun adını daşıyan küçədə aparılan əsaslı təmir işləri ilə tanış olublar

27 sentyabr 2025 | 10:42

27 sentyabr-Anım Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid Rəşad Vəlizadənin ailə üzvləri ilə birlikdə Tərtər şəhərində onun adını daşıyan küçədə aparılan əsaslı təmir işləri ilə tanış olublar.  

Şəhidin adını daşıyan küçədə  istinad divarları hörülüb hündürləşdirilib, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunub, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınıb, müasir küçə işıqlanma sistemləri qurulub, ağaclar budanıb, təmizlik işləri aparılıb, küçənin girişində isə Rəşad Vəlizadənin baralyefi quraşdırılıb.

Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bilıdirib ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi və "Antiterror tədbirləri" şəhidlərinin ailələrinə, qazilərinə Tərtər rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Qeyd edək ki, şəhid Vəlizadə Rəşad Elşən oğlu 1999-cü il aprel ayının 7-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Rəşad Vəlizadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror təbriləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Evoğlu kənd qəbiristanlığında dəfn edilib.

Şəhid Vəlizadə Rəşad Elşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər