Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Səhlabad kəndində Şəhid Aslanlı Orxan Şahmar oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Orxan Aslanlının Səhlabad kəndində yaşayan ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
İcra başçısı şəhidin keçdiyi döyüş yolundan da söhbət açıb, şəhidin yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
Aslanlı Orxan Şahmar oğlu 20 oktyabr 1992-ci ildə rayonun Səhləbad kəndində anadan olub. Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalı ilə təltif olunub. Orxanın qısa, lakin mənalı ömür yolu gənclərimizə bir örnəkdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah şəhidimizə rəhmət eləsin!