Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Səhlabad kəndində Şəhid Ağayev İntiqam Hüseyin oğlunun ailəsini ziyarət edib

23 sentyabr 2023 | 21:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid İntiqam Ağayevin Səhlabad kəndində yaşayan ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.  

Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

İntiqam Ağayev 1998-ci il  mart ayının 1-də Tərtər  rayonunun Səhləbad kəndində anadan olub. Vətən müharibəsi başlayanda Goranboy rayonundan “N” saylı hərbi hissənin tərkibində müharibəyə qatılıb, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub, oktyabrın 9-də yaşadığı kəndin qəbristanlığında dəfn olunub.

İcra başçısı şəhidin keçdiyi döyüş yolundan da söhbət açıb, şəhidin yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.

Ölümündən sonra Azərbyacan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər