Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaradağlı kəndində Şəhid Abbaslı Elnur Yaşar oğlunun ailəsini ziyarət edib

22 sentyabr 2023 | 22:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Abbaslı Elnurun Köçərli kəndində yaşayan ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.  

Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

İcra başçısı şəhidin keçdiyi döyüş yolundan da söhbət açıb, şəhidin yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.

Qeyd olunub ki, Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun  ayının 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Azərbaycan ordusunun kiçik  cavuşu olan Elnur Abbaslı 2020-ci ilin oktyabr ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən sonra 2 övladı yadigar qalıb. Respublika Prezidentinin Sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər