Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində Şəhid Mənsimli İntiqam Rövşən oğlunun ailəsini ziyarət edib

22 sentyabr 2023 | 20:24

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə  27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Kəngərli kəndində Vətən Müharibəsi şəhidi Mənsimli İntiqam Rövşən oğlunun ailəsində olub, onun ailə üzvləri ilə  görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış  44 günlük Vətən Müharibəsi zamanı tərtərli oğulların, o cümlədən Mənsimli İntiqam  döyüşlərdə  göstərdikləri igidliklərdən söhbət açıb.

Rayon rəhbəri Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağını və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını bildirib. Qeyd olunub ki, bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsi yaddaşlarda  əbədi yaşayacaq.

Qeyd olunub ki, Mənsimli İntiqam 1998-ci il iyunun 5-də Tərtər rayonun Kəngərli kəndində anadan olub.

Mənsimli İntiqam 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun  Kəngərli kəndində dəfn olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər