Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində Şəhid Məmmədov Səbuhi Zahid oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən müharibəsi şəhidi Məmmədov Səbuhi Zahid oğlunun Kəngərli kəndində yaşayan ailəsini ziyarət edib.
Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin mənəvi borcudur.
Şəhid Səbuhi Məmmədov 17 oktyabr 2000-ci il tarixdə Tərtər rayonunun Kəngərli kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 1-də hərbi xidmətə yola düşüb, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə o, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Səbuhinin keçdiyi qısa, lakin şərəfli ömür yolu gənclərə bir örnəkdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən həssas münasibətə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.