Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hüsənli kəndində Şəhid Məmmədov Taleh Arif oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun 27 sentyabr “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tərtərli oğulların ailələrini ziyarəti davam edir.
Rayon rəhbəri növbəti dəfə YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Məmmədov Taleh Arif oğlunun Hüsənli kəndində yaşayan ailəsini ziyarət edib.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən də söhbət açıb.
İcra başçısı dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət qurumlarına da şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tövsiyyə etdiyini bildirib.
Qeyd edək ki, şəhid Taleh Məmmədov 1999-cu ilin yanvar ayının 1-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur.
Şəhid Taleh Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq sentyabrın 30-da Tərtər-Ağdərə bölgəsində qəhrəmancasına şəhid olub. Tərtər rayonun Hüsənli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Taleh Məmmədov ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətən üçün canından keçən Taleh kimi oğulların xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin
Allah bütün şəhidlərimizə rəhmət eləsin!