Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hacallı kəndində Şəhid Sabirli Əjdər Xanlar oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Hacallı kəndində Vətən müharibəsi şəhidi Sabirli Əjdərin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan rayon rəhbəri tərtərlilərin tarix yazan Əjdər kimi oğulları ilə fəxr etdiyini bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Qeyd edək ki, kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1996-ci ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.
Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Suqovuşanın ada olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Əjdərin xatirəsi onu tanyanların qəlbində əbədi yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.