Rayon rəhbəri 2-ci dərəcəli Vətən Müharibəsi əlili Cəsarət Haqverdiyevin atasının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Cəmilli kəndində 2-ci dərəcəli Vətən Müharibəsi əlili Cəsarət Haqverdiyevin atası Qiyas Haqverdiyevin yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu, Haqverdiyev Cəsarət Qiyas oğlu 1986-cı ildə Cəmilli kəndində anadan olub.
Cəsarət Haqverdiyev döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad edilməsinə görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Vətən müharibəsi əlili onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.






