Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 2-ci dərəcəli müharibə əlili Ramil Hüseynovun atasının yas mərasimində iştirak edib

13 fevral 2026 | 13:58

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüsənli kəndində 2-ci dərəcəli müharibə əlili Hüseynov Ramil Şahmar oğlunun atası Şahmar Hüseynovun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, Hüseynov Ramil Şahmar oğlu 2013-cü ildə Ağdam rayonu istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən düşmən atəşi nəticəsində yaralanıb. Aldığı xəsarətlərə görə ona 2-ci dərəcəli əlillik təyin edilib.

O, “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib. Qazimiz dövlət tərəfindən mənzillə təmin olunub.

Ramil Hüseynov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər