Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 100 yaşlı şəhid anası Atlas Abbasquluyevanı ad günündə ziyarət edib

07 yanvar 2024 | 15:20

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə  birinci Qarabağ müharibəsi şəhidi Abbasov Məmməd Salman oğlunun anası Abbasquluyeva Atlas Salah qızını 100 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Şəhid Abbasov Məmməd Salman oğlu 1947-ci ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində almış və Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Qarabağ hadisələri başlayanda Umudlu kənd orta məktəbində sürücü işləyirdi. Qarabağ müharibəsi başlanan vaxtdan Umudlu kənd əhalisi ilə birlikdə erməni işğalçılarına qarşı mübarizə aparırdı. 1991-ci il may ayının 25-də erməni işğalçılarının kəndə növbəti hücumu zamanı o, bu hücumun qarşısının alınmasında, kənd əhalisinin sağ qalmasının təşkil edilməsində xüsusi fəallıq göstərmiş və bu döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur.

Evli idi. Leyla, Maxrur, Xuraman, Ramilə adlı dörd qızı və Elməddin adlı bir oğlu var. Umudlu qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər