Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı yeni təyin olunan Tərtər Regional Qaz İstismar İdarəsinin rəisini qəbul edib

09 iyul 2024 | 15:43

09 iyul 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı “Azəriqaz” İstehsalat Birliyi Tərtər Regional Qaz İstismar İdarəsinin yeni təyin olunan  rəisi Elmir Bayramovu qəbul edib.

Rayon rəhbəri ilk öncə yeni təyin olunan Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elmir Bayramovu təbrik edərək, ona məsuliyyətli işində uğurlar arzulayıb.

Elmir Bayramov öz növbəsində rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova təşəkkürünü bildirərək, təbii qazla normal təminatın həyata keçirilməsi üçün səy və bacarıqlarını əsirgəməyəcəyini bildirib.

Görüş zamanı rayonun qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, rayonun qaz təsərrüfatının gələcək inkişaf perspektivləri müzakirə olunub.

Keçidlər