Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib.Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.
Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla bağlı şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə,özününməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunma, yeni artezian vurulması və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.