Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Qaraağacı kəndində keçirilib

05 aprel 2024 | 14:31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində keçirilib.

Qəbulda Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı şəhidlər guşəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qaraağacı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasifləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Qaraağacı kənd İƏD-nin 1007 hektar ərazisi, 346 təsərrüfatı, 1478 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 mədəniyyət evi, 1 körpələr evi uşaq bağçası, 1 tibb məntəqəsi,  3ticarət oyekti, 2 iaşə obyekti  faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 538 baş iribuynuzlu, 453 baş xırdabuynuzlu heyvan, 2270 baş quş, 118 arı ailəsi saxlayırlar.

Son üç ildə Qaraağacı kəndində, su arxları 28 km məsafədə lildən təmizlənib, 1 ədəd subartezyan quyusu əsaslı təmir olunaraq yenidən qazılıb, elektrik xətləri sipkabellə əvəz olunub, 130 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib.

Kənd sakinlərindən Azər Qurbanov pambıq istehsalı üçün verilən subsidyanı almasına köməklik göstərilməsi, Cənnət Orucov və Şahin Allahverdiyev suvarma suyu ilə təmin olunma və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər