Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov növbəti operativ müşavirəsini keçirib

03 iyun 2022 | 14:37

İyunun 3-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə RİH-nin işçiləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Rayon rəhbəri müşavirədə Dövlət Proqramlarında və Tədbirlər Planlarında icrası nəzərdə tutulan layihə və tədbirlərin digər qurumlarla qarşılıqlı formada rayon ərazisində vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vəziyyəti barədə məlumat verərək həllini gözləyən bir sıra məsələlərin nəzarətdə saxlanılmasını tapşırıb. Müstəqim Məmmədov bildirib ki, rayon ərazisində qanunsuz tikililər bir daha da müəyyənləşdirilməklə hüquqi tədbirlərin görülməsi davam etdirilməli, əmək intizamına nəzarət gücləndirilməli, azyaşlıların təhsilə cəlb olunması və yetkinlik yaşına çatmayanların erkən nikahının qarşısının alınması üçün bundan sonra da maarifləndirici və ciddi əməli tədbirlər aparılmalı, ev təsərrüfatlarının uçotu kitabının bütün bölmələri Statistika Komitəsinin elektron portalı ilə paralel olaraq dəqiqliklə işlənib hazırlanmalı, bir yaşayış məntəqəsində qeydiyyatda olan, lakin digər yaşayış məntəqəsində, o cümlədən xarici ölkələrdə yaşayan şəxslər barədə məlumatlar fərdi qaydada dəqiqləşdirilməli, vətəndaşların qeydiyyata alınması və təsərrüfatbaşına kitabların onlayn vəziyyəti diqqətdə saxlanmalıdır.

Operativ müşavirədə gündəlikdə duran digər məsələlər də geniş müzakirə və təhlil edilərək aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər