Rayon icra hakimiyyəti başçısının birinci müavini YAP rayon təşkilatının sədri ilə birlikdə mülki şəhid Həsən Məmmədovun ikinci il dönümü ilə əlaqədar yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə mülki şəhid Həsən Məmmədovun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib, ailə üzvlərinə başsağlı verib, Ulu Tanrıdan şəhidə rəhmət diləyib.
Rayon rəhbəri şəhidin ailə üzvləri ilə söhbətində erməni vandalizmindən söhbət açaraq, müharibədə uduzduğunu görən düşmənin Tərtər şəhərini və onun yaşayış məntəqələrini atəşə tutmasından danışıb. Bildirib ki, rayonumuz 44 günlük Vətən müharibəsində 16 mülki şəhid verib, həlak olanların hər biri rayonun dinc sakinləri idi ki, onlardan biri də Həsən Məmmədovdur.
Həsən Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artileriya mərmisi nəticəsində şəhid olub, onun özündən sonra 3 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!