Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Fövqəladə Hallar Komissiyasının verdiyi tapşırıqlar operativ surətdə yerinə yetirilir

09 aprel 2026 | 09:42

Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Fövqəladə Hallar Komissiyasının toplantısı keçirilib. Toplantıda respublikamızda müşahidə olunan qeyri-sabit hava şəraiti və intensiv yağışların törətdiyi fəsadların operativ şəkildə aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində rayonun bütün xidmət sahələri gücləndirilmiş iş rejiminə keçdiyi bildirilmiş, komissiya üzvlərinə konkret tapşırıqlar verilmişdir.

Verilən tapşırıqlara uyğun olaraq komissiya üzvlərinin iştirakı ilə  Ağkənd və Dəmirçilər kəndlərində lazımi texnika və canlı qüvvə səfərbər olunmuş, yağıntıların törədə biləcəyi fəsadların aradan qaldırılması məqsədilə sel sularının kənarlaşdırılması üçün su ötürücü kanallar təmizlənmiş  və digər qabaqlayıcı tədbirlər görülmüşdür.

Digər yaşayış məntəqələrində də rayon Fövqəladə Hallar Komissiyasının verdiyi tapşırıqlar icra olunur.

Keçidlər