Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri Şıxarx qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binalarının zirzəmilərinə baxış keçirib
02 dekabr 2025 | 12:31
Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən mütamadi olaraq rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının zirzəmilərində monitorinqlər aparılır.
Şıxar qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompuleksində aparılan baxış zamanı zirzəmilərdə aşkar olunmuş nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, yanar konstruksiyalar zirzəmilərdən götürülüb, həmçinin ərazidə ümumi təmizlik işləri həyata keçirilib.
Bu kimi tədbirlər mütamadi olaraq davam etdiriləcək.






