Rayon Fövqəladə Hallar Komissiyası çoxmənzilli yaşayış binalarına baxış keçirib
01 dekabr 2025 | 10:27
Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən mütamadi olaraq rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının zirzəmilərinə baxış keçirilir. Baxış zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqlar aradan qaldırılır, həmçinin ərazidə təmizlik işləri aparılır. Bu kimi tədbirlər mütamadi olaraq davam etdiriləcək.






