Rayon ərazisində yerləşən məscid və ziyarətgahların ətrafında genişmiqyaslı təmizlik işləri aparılıb
21 iyul 2023 | 18:38
Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən məscid və ziyarətgahların ətrafında genişmiqyaslı təmizlik işləri aparılıb.
Yaşıllıq zolaqları səliqəyə salınıb, ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, yol kənarları alaq otlarından təmizlənib və məişət tullantıları yığılaraq ərazidən daşınıb.
Qeyd edək ki, rayon ərazisində 5 məsçid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, digər ziyarətgahlarda, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyyə olunmur.