Rayon ərazisində yerləşən məscid və ziyarətgahlarda genişmiqyaslı dezinfeksiya işləri aparılıb
15 iyul 2024 | 10:51
Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən məscid və ziyarətgahlarda genişmiqyaslı dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, rayon ərazisində 5 məscid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, digər ziyarətgahlarda, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyyə olunmur.