Rayon ərazisində aparılmış qanunsuz tikililərlə bağlı icra hakimiyyətində müzakirələr keçirilib
Tərtər rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administriyasının Rəhbəri tərəfindən rayon icra hakimiyyətinə daxil olmuş 15 noyabr 2022-ci il tarixli 2/715 nömrəli məktubla bağlı yığıncaq keçirilib. Yığıncaqda icra hakimiyyətinin əməkdaşları ilə birlikdə icra nümayəndələri,bələdiyyə sədrləi də iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını məktubun məzmunu ilə tanış edib, bildirib ki,Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərliyinin tapşırıgına əsasən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, dövlət şəhərsalma nəzarəti işinin daha səmərəli təşkili ilə baglı tədbirlər davam etdirilir.Qanunsuz tikintilərin,habelə tikinti obyektlərində aparılan konstruktiv dəyişikliklərin,zəbt olunmuş torpaqlarda, kommunikasiya xətlərinin və qurğuların mühafizə zolaqlarında aparılan inşaat işlərinin vaxtında aşkar olunub tədbir görülməsi üçün 4 monitorinq qrupu yaradılıb. Monitorinq qrupları rayonda ərazisində olur,qanunsuz tikililərlə baglı məlumatları toplayaraq icra hakimiyyətinə təqdim edirlər.
Rayon rəhbəri bildirib ki, qanunsuz tikililərin, torpaqların təyinatına uygun olmayan başqa məqsədlər üçün istifadə olunmasının qarşısı vaxtında alınmalı,torpaqayırma və tikinti təşəbbüslərinin yaşayış məntəqələrinin baş planlarına və şəhərsalma əsaslandırılmalarına uygun təmin ediməlidir.Heykəltaraşlıq abidələrinin,xatirə -memorial və memarlıq komplekslərinin ucaldılmasına və ya demontajına,dini obyektlərin tikintisinə,büst və baraiyeflərin quraşdırılmasına dair layihələr birbaşa Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə rəsmi qaydada razılaşdırılmalıdır.Qeyd olunan məsələlərlə bagli yerli icra nümayəndələri,bələdiyyələrin üzərinə daha çox məsuliyyət düşür.Onlar qanunsuz tkililərin vaxtında aşkar olunub,tədbir görülməsində daha operativ olmalıdırlar.
Sonra tədbirdə monitorinq qruplarının rəhbərləri-Elşən Bağırov, İlqar Musayev, Elxan Hüseynov və Zabil Paşayev tərəfindən təqdim olunmuş məlumatlar müzakirə olunub, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.