Şriftin ölçüsü :

Saytın rəngi :

“Qoy həmişə günəş olsun” adlı tədbir keçirilib

14 sentyabr 2026 | 11:43

21 avqust–21 sentyabr “Sülh aylığı” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə “Qoy həmişə günəş olsun” adlı tədbir keçirib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, bağçanın kollektivi, tərbiyəçilər və uşaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Pərişan Orucova sülhün bəşəriyyət üçün ən ali dəyərlərdən biri olduğunu bildiriblər.

Qeyd olunub ki, uşaqların sağlam və firavan gələcəyinin təmin olunması üçün dünyada sülhün və əmin-amanlığın qorunması xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və sağlam mühitdə böyüməsi daim diqqət mərkəzində saxlanılır. Sülh aylığı çərçivəsində keçirilən tədbirlər də gənc nəslə sülh, dostluq, mərhəmət və humanizm kimi dəyərlərin aşılanmasına xidmət edir.

Bağçanın müdiri Nigar Məmmədova balacaların sülhlə bağlı rçəkdikləri rəsmlər haqqında məlumat verib.

Daha sonra bağçanın balaca fidanlarının ifasında sülhə, dostluğa, günəşli və işıqlı gələcəyə həsr olunmuş şeirlər, mahnılar və kompozisiyalar təqdim olunub.

Uşaqların ifasında səslənən “Qoy həmişə günəş olsun” mahnısı tədbirə xüsusi ovqat qatıb.

Tədbir iştirakçıları balacaların çıxışlarını alqışlarla qarşılayıblar.

Sonda uşaqlara sülh və əmin-amanlıq arzulanıb, belə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Keçidlər