Qaz təchizatının dayandırılması
Tərtər rayon sakinlərinin nəzərinə
Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi, “Azəriqaz” İB-nin 14.05.2024-cü il tarixsli 14-2-2\3-11-10874\2024 saylı məktubunu nəzərə alaraq bildiririk ki, itkilərin qarşısının alınması məqsədilə “Tərtər” ölşü qovşağından qidalanan Tərtər rayonun 20 kəndini təbii qazla təmin edən Buruc-Borsunlu istiqamətində gedən yeraltı qaz kəmərinin kipliyə sınaq olunması üçün 17.05.2024-cü il tarixində saat 0900-dan işlər başa çatanadək “Tərtər” QPS-də “Tərtər” ölçü qovşağından qidalanan “Borsunlu kəndi istiqaməti”ndə gedən Tərtər rayonun 20 kənd 5164 abonentini qazla təmin edən orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərin diqqətinə !
Qaz təchizati avadanliqlarini nəzarətdə saxlamağinizi və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş edirik.