Şriftin ölçüsü :

Saytın rəngi :

Qaynaq kənd sakinlərinin müraciəti həll olunub

09 fevral 2026 | 14:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Qaynaq kənd sakinləri müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə olunan suvarma arxının kol-kosdan təmizlənməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan suvarma arxı təmizlənib.

Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər