Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ suvarma kanalının yenidən qurulması üzrə növbəti onlayn konfrans keçirilib

30 oktyabr 2025 | 14:10

Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanmışdır.

Sərəncamdan irəli gələn məsələlərin icrasını vaxtında təmin etmək, görüləcək işlərin həyata keçirilməsini sürətləndirmək və bu sahədə ardıcıl iş aparılmasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədri tərəfindən 2024-cü il 17 iyul tarixində müvafiq İşçi qrupun yaradılmasına dair Əmr imzalanmışdır.

İşçi qrupun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun iştirakı ilə 2025-ci il 28 oktyabr tarixində növbəti onlayn konfrans keçirilmişdir. Onlayn konfransda Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri-Başcının müavini  Abbas Cavadov iştirak etmişdir.

Konfransda cari və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə müzakirələrin aparılması, yaranan çətinliklərin aradan qaldırılması istiqamətində tapşırıqların verilməsi və digər məsələlər müzakirə edilmişdir.

Keçidlər