Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər Rayon Mədəniyyət Mərkəzində 20 yanvar faciəsinin 35–ci ildönümünə həsr olunmuş “Biz qalib ölkənin vətəndaşıyıq “ adlı anım tədbiri keçirilib
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin, Mədəniyyət mərkəzinin və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, MKS-nin Oxuculara Xidmət şöbəsinin oxu zalının müdiri Fərqanə Orucova, Mədəniyyət Mərkəzinin filialı Hacıqərvənd kənd mədəniyyət evinin direktoru Lalə Quliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən günahsız insanların qanı axıdılaraq, xalqımıza qarşı misli görünməmiş qəddarlıq göstərilmişdir. Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Faciə zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham edərək, bəyanatla çıxış etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Sonra tədbir iştirakçıları Hacıqərvənd və Buruc kənd mədəniyyət dərnəyinin üzvlərinin hazırladığı “Biz qalib ölkənin vətəndaşlarıyıq” adlı kompozisiyaya və eyni adlı filmə baxıblar.