Qarabağ müharibəsi əlilinin müraciəti təmin edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaynaq kəndində keçirilən səyyar qəbul görüşü zamanı Birinci Qarabağ Müharibəsi əlili Quliyev Tofiq Musa oğlu müraciət edərək darvazasının qarşısından keçən qaz xəttinin hündürlüyə qaldırılmasına köməklik göstərilməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Tərtər Regional Qaz İstismarı idarəsinin Tərtər xidmət sahəsinin əməkdaşları tərəfindən qaz xətti hündürlüyə qaldırılmışdır.
Qarabağ əlili ona göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






