Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraağacı kəndində sudan səmərəli istifadə ilə bağlı sakinlərlə görüş keçirilib

30 iyul 2025 | 09:42

Qaraağacı kəndində əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı  keçirilən görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov və qərargah üzvləri iştirak ediblər.

Qeyd edək ki, “Tərtər rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə mobil qruplar tərəfindən  yerlərdə müvafiq görüşlər keçirilir. Görüşlərdə, növbəlilik qrafikinə əməl olunması, sudan səmərəli istifadə və su itkilərinin qarşısının alınması məqsədi ilə arxların lil və kol-kosdan təmizlənməsinin təmin olunması ilə bağlı söhbətlər aparılır.

Keçidlər