Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraağacı kəndində soyuducu anbar kompleksinə baxış keçirilib

23 may 2025 | 09:26

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazovla birgə Qaraağacı kəndində yerləşən “Berton Seed” MMC-yə məxsus soyuducu anbar kompleksinə baxış keçirib. Səfər zamanı oradakı anbarların ümumi vəziyyəti, istifadə olunan avadanlıqlar və məhsulların saxlanma şəraiti ilə yaxından tanış olunub. Kompleksin daha səmərəli fəaliyyət göstərməsi üçün müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Qaraağacı kəndində yerləşən “Berton SEED” MMC-yə məxsus soyuducu anbarın ümumi sahəsi 50000 kvm, tikinti sahəsi 9000 kvm-dir. 22 daimi, 120 mövsümü işçi çalışır. “Berton SEED” MMC tərəfindən 110 ha sahədə 3 növdə toxumluq kartof əkilib.

Keçidlər