Qapanlı kənd sakinlərinin müraciəti həll olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbulu zamanı Qapanlı kənd sakinləri müraciət edərək Qapanlı arxının Əskipara kəndi ərazisindən keçən hissəsində kənd sakinləri tərəfindən suyun qarşısında qanunsuz bəndlər yaradılaraq suyun Qapanlı kəndinə verilməsinə maneçilik törədildiyini bildirib, müvafiq tədbir görülməsini xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə başçının birinci müavini Elvin Umudov, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədri və kənd sakinləri ilə birlikdə qeyd olunan əraziyə baxış keçirib, yaradılmış suni bəndlər dağıdılıb, kəndlərə suyun normaya uyğun verilməsi təmin olunub.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






