Şriftin ölçüsü :

Saytın rəngi :

“Prezident kuboku-2023” reqatasında iyirmiyədək ölkədən 100-dən çox idmançı mübarizə aparır

05 may 2023 | 12:04

Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2023” reqatası start götürüb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reqata Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Suqovuşan su anbarında təşkil olunan yarışa 20-dək ölkədən 100-dən çox idmançı qatılıb. Onlar kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüş edəcəklər.

Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

Keçidlər