Pərviz Mustafayev Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Komitəsinin sədri vəzifəsinə seçilib
YAP rayon təşkilatının inzibati binasında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Komitəsinin 7-ci konfransı keçirilib. Konfransda digər məsələrlə yanaşı təşkilatı məsələyə də baxılıb. Yaş həddi ilə bağlı komitənin sədri Fəxrəddin Binnətov tutduğu vəzifədən azad olunub. Açıq səsvermə yolu ilə 1975-ci ildə anadan olmuş, ali təhsilli, 2-ci dərəcə dövlət qulluqçusu, cənab Prezidentin müvafiq sərəncamı ilə “Tərəqqi” medallı ilə təltif edilmiş, Yeni Azərbaycan Partiyasının üzvü, uzun müddət Tərtər Rayon İcra Hakimiyyəti başçısının Əskipara kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləmiş Mustafayev Pərviz Yusif oğlu Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Komitəsinin sədri vəzifəsinə və respublika konfransına nümayəndə seçilib. Bu münasibət ilə Pərviz Mustafayevi təbrik edir, ona işində müvəffəqiyyətlər arzu edirik.