Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 1-də “GİNius tələbə-gənclər kuboku 2025” layihəsi çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyununun yarımfinal mərhələsi Tərtərdə keçirilib.

03 noyabr 2025 | 10:26

Yarışda ali və orta ixtisas təhsili müəssisələrinin 8 komandası iştirak edib. Yarışın sonunda yarımfinal mərhələsində fərqlənən və noyabr ayında Bakı şəhərində keçiriləcək final oyununa vəsiqə qazanan komandalar elan olunub.

“Qarabağ” komandası birinci, “Kavta” komandası ikinci, “Sakura” komandası üçüncü yeri tutublar. Qeyd edək ki, hər üç komanda Qarabağ Universitetini təmsil ediblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə tədbirlər planı çərçivəsində həyata keçirilir.

 

Keçidlər