Şriftin ölçüsü :

Saytın rəngi :

MKT İK MMC Tərtər şəhərində "Açıq Qapı" günü təşkil edib

02 iyul 2022 | 16:39

 “MKT İK MMC” “Dövlət Məşğulluq Agentliyi” ilə birgə Tərtər şəhərində “Açıq Qapı” günü keçirmişdir.

Təşkil edilən tədbirdə əsas məqsəd şirkətin Tərtər rayonunda yerləşən zavodunda mövcud olan vakansiyalara uyğun namizədlərlə görüşmək, həmçinin MKT İK MMC-nin tətbiq etdiyi "Vahid İşəqəbul Platforması" çərçivəsində namizədlərin qeydiyyatının aparılması olmuşdur.

Keçirilən tədbirdə 190 namizədlə görüşlər həyata keçirilib və müraciət edən namizədlərin uyğun vakansiyalar üzrə işlə təmin olunması üçün müvafiq işlər aparılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Açıq Qapı” günündə iştirak edən namizədlərlə görüşmüş, ölkə rəhbərinin dövlət məşğulluq siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində, vətəndaşların səmərəli və sərbəst seçim məşğulluğunun təmin olunmasında və sahibkarlığın inkişaf etdirilməsində misilsiz xidmətləri barədə danışmış və işaxtaran namizədlərə gələcək işlərində uğurlar arzulamışdır.

Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya" MMC 25 ildən çoxdur ki, ölkəmizdə pambıq və pambıq məhsulları istehsalı və ixracını həyata keçirir.

Keçidlər