Milli Məclisin deputatı Xanlar Fətiyev Tərtər rayonunun Evoğlu kəndində vətəndaşları qəbul edib
Milli Məclisin deputatı Xanlar Fətiyev deputat seçildiyi 98 saylı Bərdə-Tərtər seçki dairəsi üzrə Tərtər rayonunun Evoğlu kəndində vətəndaş qəbulu keçirib.
Qəbulda Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov da iştirak edib.
Vətəndaşlarla keçirilən görüşdə sakinlər tərəfindən əsasən maddi yardım, Evoğlu-Soyulan kəndlərarası avtomobil yolunun hamarlanması, Evoğlu kəndinin elektrik naqillərinin sip kabellə əvəzlənməsi və digər şəxsi məsələlər barədə müraciətlər edilib. Müraciətlərin bir qismi yerində həll olunub, millət vəkilinin səlahiyyətlərinə aid olmayan məsələlər isə tədbirlərin görülməsi məqsədilə nəzarətə götürülüb.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Tərtər rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.






