Milli Məclisin deputatı Sahib Alıyev Tərtərdə seçicilərlə görüşüb
95 saylı Tərtər Seçki Dairəsindən millət vəkili seçilmiş Sahib Alıyev növbəti dəfə əvvəlcədən təyin edilmiş qrafikə əsasən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə şəhərin Ədalət Paşayev və Vüqar Həsənov küçəsində yaşayan seçiciləri ilə görüşüb.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. Bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb.
Görüş zamanı vətəndaşlar tərəfindən şəxsi xarakterli məsələlərlə yanaşı xeyli sayda evin yeni kanalizasiya xəttinə qoşulmaması məsələsi də qaldırılıb.
Bununla bağlı Milli Məclisin deputatı tərəfindən əlaqədar qurumlarla əlaqə saxlanılıb, problemin mart ayında həllini tapacağı bildirilib.