Milli Məclisin deputatı Sahib Alıyev Tərtərdə növbəti dəfə seçicilərlə görüşüb
95 saylı Tərtər Seçki Dairəsindən millət vəkili seçilmiş Sahib Alıyev növbəti dəfə əvvəlcədən təyin edilmiş qrafikə əsasən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə şəhərin Nəriman Nərimanov küçəsində yaşayan seçiciləri ilə görüşüb.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. Bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb.
Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir hissəsinin həlli yönündə ilkin addımlar atılıb. Digər məsələlələrin həlli istiqamətində isə payız sessiyasında parlamentdə məsələ qaldırılacağı bildirilib