Milli Məclisin deputatı Sahib Alıyev Tərtər şəhərində və rayonunun Təzəkənd kəndində seçicilərlə görüşüb
05 may 2024 | 20:19
Milli Məclisin deputatı Sahib Alıyev əvvəlcədən təyin edilmiş qrafikə əsasən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə Tərtər şəhərində və Təzəkənd kəndində seçicilərlə görüşüb.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin vətəndaşların problemlərini yerində öyrənməyə və vətəndaş məmnunluğuna xidmət etdiyini bildirib.
Görüşdə sakinlər tərəfindən əsasən içməli su çatışmazlığı və digər məsələlərə barədə müraciətlər edilib. Qaldırılan məsələlərin bir hissəsinə yerində aydınlıq gətirilib, qalanların həlli ilə bağlı isə uyğun qurumlara sorğu göndəriləcəyi bildirilib.