Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Sahib Alıyev Tərtər rayonunun Qazyan və Poladlı kəndlərində seçicilərlə görüşüb

01 mart 2024 | 09:31

Milli Məclisin deputatı Sahib Alıyev əvvəlcədən təyin edilmiş qrafikə əsasən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə Qazyan və Poladlı kəndlərində seçicilərlə görüşüb.

Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin vətəndaşların problemlərini yerində öyrənməyə və vətəndaş məmnunluğuna xidmət etdiyini bildirib.

Görüşdə Milli Məclisin deputatı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öz səlahiyyətləri çərçivəsində həll edilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Keçidlər