Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Sahib Alıyev Tərtər rayonunun Ələsgərli kəndində seçicilərlə görüşüb

27 yanvar 2024 | 15:04

Milli Məclisin deputatı Sahib Alıyev yanvarın 26-da əvvəlcədən təyin edilmiş qrafikə əsasən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə Ələsgərli kəndində seçicilərlə görüşüb.

Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin vətəndaşların problemlərini yerində öyrənməyə və vətəndaş məmnunluğuna xidmət etdiyini bildirib.

Görüşdə Milli Məclisin deputatı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öz səlahiyyətləri çərçivəsində həll edilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Keçidlər