Milli Məclisin deputatı Sahib Alıyev Qaraağacı kəndində seçicilərlə görüşüb
12 yanvar 2024 | 18:02
Milli Məclisin deputatı Sahib Alıyev yaz sessiyası öncəsi növbəti dəfə əvvəlcədən təyin edilmiş qrafikə əsasən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə Qaraağacı kəndində seçiciləri ilə görüşüb.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. Bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb.
Görüşdə Milli Məclisin deputatı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öz səlahiyyətləri çərçivəsində həll edilməsi üçün əlindən gələni edəcəyini bildirib.