Milli Məclisin deputatı Sahib Alıyev Azad Qaraqoyunlu və Qazyan kəndlərində seçicilərlə görüşüb
95 saylı Tərtər Seçki Dairəsindən millət vəkili seçilmiş Sahib Alıyev növbəti dəfə əvvəlcədən təyin edilmiş qrafikə əsasən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə Azad Qaraqoyunlu və Qazyan kəndlərində yaşayan seçiciləri ilə görüşüb.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. Bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb.
Görüşdə vətəndaşlar tərəfindən su qıtlığı, elektrik kəsilmələri və sosial müavinətin təyini ilə bağlı müraciətlər olub. Milli Məclisin deputatı tərəfindən qaldırılan problemlərin tezliklə həlli üçün yerli qurumların rəhbərləri ilə danışılıb və mərkəzi qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.