Milli Məclisin deputatı Anar Məmmədov Tərtərdə vətəndaşları qəbul edib
Milli Məclisin deputatı Anar Məmmədov deputat seçildiyi 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə vətəndaş qəbulu keçirib.
YAP Tərtər rayon təşkilatının inzibati binasında keçirilən qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov iştirak edib.
Vətəndaşlarla fərdi qaydada görüş keçirib, onların müraciət və təkliflərini dinləyib.
Görüş zamanı vətəndaşları narahat edən bəzi məsələlər, qaz, səhiyyə, sosial səpkidə olan müraciətlər müzakirə zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə Anar Məmmədov tərəfindən nəzarətə götürülüb.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Tərtər rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.