Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində vətəndaşları qəbul edib.

30 oktyabr 2025 | 17:02

“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Pərviz Murtuzayev, Qarabağ Regional Mədəniyyət idarəsinin Tərtər üzrə nümayəndəsi Ceyhun İsmayılzadə və onun əməkdaşları, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov Tərtər şəhərində Vətən Müharibəsinin  mülki şəhidi  Əmirov İskəndər Yelmar oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.

Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır  artilleriya silahlarından atəşə tutmuşdur.

Erməni qəsbkarları tərəfindən növbəti dəfə 15 oktyabr 2020-ci il tarixdə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminin artileriya atəşinə tutulması zamanı Tərtər şəhər sakini 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu şəhid olmuşdur. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər