Milli Məclisin deputatı Anar Məmmədov şəhid İsmayıllı Şamilin ailəsini ziyarət edib
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru müdiri Nəcəfov Ülvi , Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər rayonunun Dəmirçilər kəndində Vətən müharibəsi şəhidi İsmayıllı Şamil Kamil oğlunun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Ziyarət zamanı millət vəkili ailənin qayğıları ilə maraqlanıb, şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Vurğulayıb ki, Azərbaycan xalqının qürur mənbəyi olan şəhidlərimizin xatirəsi hər zaman uca tutulur və onların ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur.
Qeyd edək ki, Şamil İsmayıllı 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şamil İsmayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şamil İsmayıllı oktyabr 19-da Suqovuşan ətrafında gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil İsmayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şamil İsmayıllı ölümündən sonra "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif edilib.
Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.






