Milli Məclisin deputatı Anar Məmmədov şəhid Hacıyev Rüstəmin ailəsini ziyarət edib
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər rayonunun Qazyan kəndində Vətən müharibəsi şəhidi Hacıyev Rüstəm Firqani oğlunun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Ziyarət zamanı millət vəkili ailənin qayğıları ilə maraqlanıb, şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Vurğulayıb ki, Azərbaycan xalqının qürur mənbəyi olan şəhidlərimizin xatirəsi hər zaman uca tutulur və onların ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur.
Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.






